ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə ABŞ-nin mümkün müdaxiləsindən sonra İranlasərhəddə yaranacaq güc boşluğunu doldurmaq üçün hərbi əməliyyat planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici mənbələr məlumat yayıb.
Üstəlik, Türkiyənin miqrant axınının qarşısını almaq üçün sərhəd keçid məntəqələrindən kənarda, İran daxilində bufer zonası yaradacağı iddia edilir.
Bəs görəsən, bu yanaşma doğrudurmu?
Bu barədə saytımıza politoloq Turan Rzayev danışıb.
O bildirib ki, yanaşma məntiqsiz deyil:
“Suriya müharibəsi zamanı Türkiyə bu ölkəyə bir neçə dəfə ordu yeridib bufer zonalar yaratmış, terror təşkilatlarını öz sərhəddindən uzaqda saxlamağa çalışmaqla mülki insanların təhlükəsiz yaşaya biləcəyi bölgələr formalaşdırmışdı. Yəni daha əvvəl belə şey baş verib”,-deyə o qeyd edib.
Siyasi şərhçi bildirir ki, indiki məqamda Ankaranın Tehranla bağlı vəziyyətə yanaşması tam və düzgün anlaşılmır.
Bəs görəsən, Ankaranın maraqlarına uyğun olan nə ola bilər?
Rzayevə görə, İrana yönələn zərbələr və ya ölkə daxilində artan gərginlik fonunda müəyyən demoqrafik və geosiyasi nəticələr Ankaranın maraqlarına uyğun ola bilər.
Siyasi şəhrçi onu da vurğulayıb ki, sərhəddə yaradılması nəzərdə tutulan mexanizmlərin əsas məqsədi həm də təhlükəsizlik riski hesab edilən kürd silahlı və ya siyasi elementlərinin nəzarətsiz keçidini əngəlləməkdir.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.