EN

Haaqa şəhərinin baş kilsəsində Xocalı soqyırımı qurbanları yad edilib (FOTO)

Bakı. Trend:

Haaqa şəhərinin baş kilsəsi və əsas dini-mədəni mərkəzi olan“Grote Kerk”də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə“Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib.

Trend bu barədəAzərbaycanın Niderlanddakı Səfirliyinə istinadən xəbər verir.

Tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədəakkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, mədəniyyət,elmi dairələrin nümayəndələri iştirak edib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışındaXocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb, bu günlərdəsoqyırımın 34-cü ildöünümü münasibətilə Niderlandın müxtəlifşəhərlərində keçirilmiş tədbirlər haqda məlumat verib. Diplomatbildirib ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidəninməhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşahörmətinin, Azərbaycan xalqı ilə həmrəyliyinin və ölkələrimizarasındakı insani və mədəni bağların göstəricisidir. O vurğulayıbki, Xocalı faciəsi Azərbaycanın tarixində sağalmamış bir yaraolaraq qalır və şəhidlərimizin müqəddəs xatirəsi əbədi olaraqqəlblərdə yaşayacaq. Diplomat həmçinin qeyd edib ki, Prezidentİlham Əliyevin rəhbərliyi, xalqın birliyi və milli ordunun şücaətisayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpaedib və regionda davamlı sülhün təmin olunmasına yönəlmişqətiyyətli addımlar atır.

M.Əhmədzadə bildirib ki, italyan və Niderland musiqiçilərindənibarət “I Briconcello” kamera ansamblının təqdim edəcəyi “Əbədiəks-sədaların elegiyası” konserti vasitəsilə Azərbaycan, qlobalsəviyyədə sülh və ədalət paytaxtı kimi tanınan Haaqa şəhərindən özdostları ilə birlikdə, musiqinin dilində rəmzi olaraq dünyaictimaiyyətinə sülh və ədalət mesajı çatdırır.

Ardınca “I Briconcello” kamera ansamblının direktoru maestroPierluici Ruccero çıxış edib.

Maestro bildirib ki, ansamblın təqdim etdiyi “Əbədiəks-sədaların elegiyası” konsert proqramı Vətən müharibəsi dövründəAzərbaycanla həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlifşəhərlərində 2021-ci ildə səhnəyə qoyulub və Azərbaycanın ərazibütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithafolunub. O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraqinsanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanıtəşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural vədini tolerantlıq ənənəsini rəmzi olaraq əks etdirir.

Tədbirin musiqi proqramında dünya şöhrətli bəstəkarların həzinvə lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin “Şuşa” əsəri,Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı “Sarıgəlin”, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar və Sevdaİbrahimovanın seçilmiş əsərləri səsləndirilib.

Haaqa
Haaqa
Haaqa
Haaqa
Haaqa
Məqalədə:
Chosen
16
9
az.trend.az

10Sources