Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Xocalı soyqırımının34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə)növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbihissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyindəfəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində vəxarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarınınnümayəndəliklərində silsilə tədbirlər keçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri HeydərƏliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcədə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutlayad edilib. Hərbi orkestrin müşayiəti ilə AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimlərində bildirilib ki, Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciənin əslhüquqi qiymətini alması ilə bağlı milli səviyyədə addımlar atılıb.Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın26-sı Xocalı Soyqırımı Günü elan edilib.
Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasıistiqamətində Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Heydər ƏliyevFondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusivurğulanıb.
Silsilə tədbirlər çərçivəsində saat 17:00-da Xocalı soyqırımıqurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımıqurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət olunub,ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələroxunub, fotosərgilər, ədəbi-bədii kompozisiyalar və filmlər nümayişetdirilib.