EN

Yüksək Liqa: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə "Abşeron" "Murov Az Terminal" komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə "DH Volley" komandası "Gəncə"ni məğlub edib - 3:2.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.

Chosen
6
3
fanat.az

4Sources