AZ

Azərbaycan Yüksək Liqası: Abşeron və DH Volley kollektivləri qələbə qazanıb

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə "Abşeron" "Murov Az Terminal" komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə "DH Volley" komandası "Gəncə"ni məğlub edib - 3:2.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
baku.ws

4Mənbələr