EN

İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib

ain.az, Reyting.az saytına istinadən bildirir.

İsrail hərbi təyyarələri Livanın şərqindəki Şmestar kəndinin kənarındakı yüksəkliklərə kütləvi zərbələr endirib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” Livan hərbi mənbəyinə istinadla yayıb.

Məlumata görə, qısa fasilədən sonra bombardmanlar yenidən başlayıb.

İsrail ordusu öz növbəsində bildirib ki, HHQ-nin hədəfləri “Hizbullah”ın Radvan xüsusi təyinatlı qüvvələri bölməsinə məxsus hərbi infrastruktur obyektləri olub.

Qeyd edək ki, fevralın 20-də İsrailin Livanın şərqindəki Baalbek bölgəsindəki yaşayış binalarına endirdiyi hava zərbələri nəticəsində səkkiz nəfər həlak olub, 25 nəfər yaralanıb. Ölənlər arasında “Hizbullah”ın altı tərəfdarı da var.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
reyting.az

1Sources