EN

​“İnter” "Qalatasaray"ın istədiyi futbolçunu göndərir

“İnter” klubu heyətdə dəyişiklik edir. Metbuat.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Norveçin "Budyo Qlimt" klubuna məğlub olaraq, turnirdən kənarda qalan “İnter” bir sıra futbolçuları klubdan göndərə bilər. "La Gazzetta Dello Sport" nəşrində dərc edilən xəbərə görə, İtaliya nəhəngi iddialı heyət qurmaq istəyir. Məlumata görə, klubdan göndəriləcək futbolçular arasında Hakan Çalhanoğlunun da olduğu iddia edilir. Klubun onunla yeni müqavilə imzalamayacağı iddia edilir. Françesko Açerbi, Matteo Darmian və bəzi futbolçuların mövsümün sonunda klubdan göndəriləcəyi irəli sürülür.

Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. Futbolçunun adı "Qalatasaray"la hallanıb.

Chosen
2
3
metbuat.az

4Sources