EN

Bakının mərkəzində 118 il yaşlı tarixi bina QƏZALI VƏZİYYƏTDƏ – VİDEO

Ötən əsrin əvvələrində inşa edilən tarixi bina indi sakinlər üçün real təhlükəyə çevrilib. Taxta pilləkənlər çürüyüb, binanın fasadındakı daşlar qopub düşür. Bura paytaxtın Nəsimi rayonu Mirzə İbrahimov küçəsi 68 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasıdır.

NOCOMMENT.az xəbər verir ki, sakinlər deyirlər ki, 1908-ci ildə inşa edilən bina bir neçə ildir ki, qəzalı vəziyyətdədir.

Təhlükənin qarşısını almaq üçün fasada dəmir borularla müvəqqəti dayaqlar da quraşdırılıb. Lakin, bu da problemi həll etmir.

Bina tarixi olduğu üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik.

Qurumdan ”Xəzər Xəbər”ə bildirildi ki, tarixi abidə olan yaşayış binaları onların balansında olmadığı üçün belə tikililərdə təmir-bərpa işlərinin aparılması Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. Onu da əlavə etdilər ki, qanunvericiliyə əsasən yaşayış binaları olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, binanın kəskin qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi mövcuddur. Vəsait ayrılan kimi binanın sökülməsi və yenidən layihələnmdirilməsi işlərinə başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
3
1
nocomment.az

2Sources