Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada iqtisadi inam fevral ayında azalıb.
Banco.azxəbər verir ki, Avropa İttifaqı Komissiyası fevral ayı üzrə işgüzar və istehlakçı sorğularının nəticələrini açıqlayıb.
Məlumata əsasən, həm Avropa İttifaqında, həm də Avrozonada iqtisadi inam indeksi fevral ayında aylıq müqayisədə 1 bənd azalaraq 98,3 səviyyəsinə enib.
Bazar iştirakçılarının gözləntisi Avrozonada indeksin 99,8 bəndə yüksəlməsi istiqamətində idi. Açıqlanan göstəricinin proqnozlardan aşağı olması diqqət çəkib.
İndeksdəki azalma əsasən xidmət və tikinti sektorlarında etimadın zəifləməsi ilə bağlı olub.
Avrozonada İstehlakçı İnam İndeksi isə fevral ayında mənfi 12,4 səviyyəsindən mənfi 12,2 səviyyəsinə yüksəlib.
Avropa İttifaqında yanvar ayında mənfi 11,7 səviyyəsində olan indeks fevralda dəyişməz qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!