EN

Oman XİN: ABŞ və İranın yeni danışıqları gələn həftə keçiriləcək » AzadMedia.az



ABŞ və İran arasında texniki səviyyədə danışıqlar gələn həftə baş tutacaq. Bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində məlumat verib.
"Müvafiq paytaxtlarda aparılan məsləhətləşmələrdən qısa müddət sonra [danışıqları] bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək", — deyə nazirlik rəhbəri yazıb.
Əl-Busaidi prosesin bütün iştirakçılarına göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Fevralın 26-da İsveçrə şəhərində (Cenevrədə) Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı üzrə İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu başlamışdı. Lakin nümayəndə heyətlərinin öz ölkələrinin rəhbərliyi ilə məsləhətləşmələr aparması üçün görüş dayandırılmışdı.
"Axios" portalının jurnalisti Barak Ravid-in sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşner İranla aparılan səhər raundunun nəticələrindən narazı qalıblar.
Həmin gün axşam saatlarında danışıqlar yenidən bərpa olunub. Siyasətçilər Oman xarici işlər nazirinin Cenevrədəki iqamətgahında görüşüblər.



Chosen
26
1
azadmedia.az

2Sources