EN

Aİ Somaliyə 63 milyon avro ayırdı

Ajans.az xəbər verir ki, bu qərar Somalidə quraqlıqla əlaqədar ərzaq çatışmazlığının sürətlə artdığı bir vaxta təsadüf edir. Aİ-nin məlumatında hazırda Somalidə 6,5 milyon insanın - təxminən hər üç nəfərdən birinin aclıqla üzləşdiyi və beş yaşdan aşağı 1,85 milyon uşağın kəskin qidalanma çatışmazlığı riski altında olduğu bildirilib.

Ayrılan vəsait səhiyyə və qidalanma xidmətlərinə, o cümlədən ağır və kəskin qidalanma çatışmazlığının müalicəsinə, təcili yardım proqramlarına, su və sanitariya xidmətlərinə, eləcə də müdafiə və fövqəladə təhsil tədbirlərinə yönəldiləcək. Bu yeni vəsaitlə birlikdə Aİ-nin 2017-ci ildən bəri Somaliyə göstərdiyi humanitar yardımın dəyəri 750 milyon avronu ötüb.(unikal)

Chosen
7
3
Ajans.az

4Sources