EN

ABŞ-dən Şimali Koreyaya dialoq mesajı

ABŞ Dövlət Katibi Marko Rubio ölkəsinin Pxenyanla dialoqa açıq olduğunu bəyan edib.Metbuat.az xəbər verir ki, o, ABŞ-nin Şimali Koreya tərəfinin mövqeyini dinləməyə hazır olduğunu ifadə edib. Rubio bildirib ki, ABŞ həm, Kuba, həm Şimali Koreya, həm də İran tərəfinin mövqeyini dinləməyə hazırdır. Rubionun sözlərinə görə, ABŞ məlumat və fikirlərini bölüşmək istəyən istənilən hökumətin rəsmiləri ilə danışa bilər.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Koreya İşçi Partiyasının Konqresində Vaşinqton-Pxenyan münasibətlərinin gələcəyinin tamamilə ABŞ-nin mövqeyindən asılı olduğunu bəyan etmişdi.

Chosen
5
metbuat.az

1Sources