EN

İt yaladı deyə, ayağını və qollarını kəsdilər

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərənin Birminhem şəhərində yaşayan 56 yaşlı Mancit Sanqa iti ayağını yaladığına görə həyatının ən ağır sınağı ilə üzləşib. Adi görünən cırmaq izindən bədənə keçən infeksiya sürətlə yayılaraq qadının həyatını təhlükəyə atıb.Demokrat.az xəbər verir ki, həkimlərin açıqlamasına görə, Sanqa cəmi 24 saat ərzində sepsis səbəbindən komaya düşüb. 2025-ci ilin iyulunda işdən evə dönərkən özünü narahat hiss edən qadını ertəsi gün həyat yoldaşı huşsuz vəziyyətdə tapıb. Reanimasiya şöbəsində müalicə alan Sanqanın ürəyi altı dəfə dayanıb.Tibbi rəylər göstərir ki, itin yaladığı yara vasitəsilə bədənə keçən bakteriyalar sepsisin yaranmasına səbəb olub və qan laxtalanma prosesini sıradan çıxarıb. Nəticədə orqanlara qan axını dayanıb və həkimlər xəstənin həyatını xilas etmək üçün hər iki ayağını dizdən aşağı, hər iki əlini isə biləkdən kəsmək məcburiyyətində qalıblar. Ağırlaşmalar səbəbindən qadının dalağı da əməliyyatla çıxarılıb.Təxminən 32 həftə davam edən intensiv müalicədən sonra Sanqa xəstəxanadan evə buraxılıb. Hazırda ailəsi onun həyatını yenidən normallaşdırmaq məqsədilə yüksək səviyyəli protezlər və fiziki terapiya üçün dəstək kampaniyası həyata keçirir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
demokrat.az

1Sources