EN

ABŞ-İran danışıqları gələn həftə Vyanada davam etdiriləcək

Vaşinqton, 26 fevral, AZƏRTAC

ABŞ və İran arasında Cenevrədə aparılan danışıqlar başa çatıb, lakin tezliklə yenidən başlayacaq.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi açıqlayıb.

O bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyişlər olub, lakin detallarını açıqlamayıb. Nazir texniki səviyyəli danışıqların gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin yerləşdiyi Vyanada keçiriləcəyini əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
14
1
azertag.az

2Sources