Vaşinqton, 26 fevral, AZƏRTAC
ABŞ və İran arasında Cenevrədə aparılan danışıqlar başa çatıb, lakin tezliklə yenidən başlayacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi açıqlayıb.
O bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyişlər olub, lakin detallarını açıqlamayıb. Nazir texniki səviyyəli danışıqların gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin yerləşdiyi Vyanada keçiriləcəyini əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton