EN

ABŞ “Lukoil un beynəlxalq aktivlərinin satışını ləngidib Reuters”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Ukrayna üzrə sülh danışıqları kontekstində Rusiyaya təzyiqi gücləndirmək məqsədilə Rusiyanın "Lukoil" şirkətinin beynəlxalq aktivlərinin satışı prosesini ləngidib.

"Report" xəbər verir ki, bu barədə "Reuters"ə mənbələr bildirib.

Söhbət ABŞ hakimiyyətinin şirkətin sanksiya məhdudiyyətlərinə düşən aktivləri ilə bağlı sövdələşmələrin başa çatdırılması üçün verilən müddəti uzatmaq qərarından gedir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədinə əsasən, müvafiq son tarix fevralın 28-dən aprelin 1-nə keçiriləcək.

Məlumata görə, bu addıma Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə davam edən diplomatik təmaslar fonunda Rusiya tərəfinə əlavə təsir vasitəsi kimi baxılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
5
azpolitika.info

6Sources