EN

ABŞ Ukrayna danışıqlarının nəticəsi... Umerov

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İş iki formatda aparıldı – ayrı-ayrılıqda Amerika tərəfi ilə və ABŞ ilə İsveçrənin iştirakı ilə üçtərəfli görüş. Görüşlərin yekunu olaraq David Araxamiya və Amerika tərəfinin nümayəndələri – xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerlə birlikdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşərək nəticələri və növbəti addımları müzakirə etdik.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Cenevrədə ABŞ-la keçirilən görüşü dəyərləndirərkən məlumat verib.

Onun sözlərinə görə, danışıqların növbəti raundu artıq hazırlanır:

“Təhlükəsizlik parametrlərinin, iqtisadi qərarların və gələcək razılaşmaların əsasını təşkil etməli olan razılaşdırılmış mövqelərin yekunlaşdırılması üzərində işləyirik. Məqsəd ABŞ və Rusiyanın iştirakı ilə keçiriləcək növbəti üçtərəfli görüşü maksimum dərəcədə konkret və məzmunlu etməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
axar.az

1Sources