EN

Hillari Klinton Epşteynlə əlaqələri barədə danışdı

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton maliyyəçi Ceffri Epşteynin cinayətlərindən xəbərsiz olduğunu və onun adasına baş çəkmədiyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial media səhifəsində yazıb.

O, qeyd edib ki, Epşteynlə nə vaxtsa görüşdüyünü xatırlamır. Klinton həmçinin iddia edib ki, heç vaxt onun təyyarəsində uçmayıb və ya maliyyəçinin adasına, evinə və ya ofislərinə baş çəkməyib.

"Bunlara əlavə edəcək başqa bir şeyim yoxdur", - keçmiş dövlət katibi vurğulayıb.

O, əlavə edib ki, Epşteynin və ya onun köməkçisi Ghislaine Maksvellin cinayətləri barədə heç bir məlumata malik deyil.

Chosen
17
publika.az

1Sources