EN

Pakistan və Əfqanıstan arasında DÖYÜŞLƏR BAŞLADI – Yüzlərlə ölən və yaralanan var – VİDEO

Dünən axşam saatlarından etibarən Pakistan və Əfqanıstan Silahlı Qüvvələri arasında toqquşmalar başlayıb.

Bizim.Media "TOLO News" telekanalına istinadla xəbər verir ki, əməliyyatlar altı sərhədyanı əyaləti əhatə edib.

Belə ki, iki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində toqquşmalar yaşanıb.

Pakistan İslam Respublikasının informasiya naziri Attaulla Tarar bildirib ki, Pakistan Ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-u nəzarət altına alıb. Tanklar, artilleriya və zirehli transportyor da daxil olmaqla 80-dən çox hərbi texnika sıradan çıxarılıb. "Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib və itkilərin sayı arta bilər", - nazir əlavə edib.

Onun sözlərinə görə, Əfqanıstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb.

Bizim.Media 

Chosen
36
2
bizim.media

3Sources