EN

Balakəndə ev yanıb, 75 yaşlı kişi xəsarət alıb

Balakən, 27 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Balakən rayonunun Meşəşanbul kəndində fərdi yaşayış evində baş verən yanğın zamanı ev sahibi xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 75 yaşlı Ramazan Burqayevə məxsus birmərtəbəli, 5 otaqlı evdə yanğın baş verib. Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikası əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.

Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və bir xalça qismən yanıb. Ev sahibi əl və üz nahiyəsindən müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğundan xəstəxanaya yerləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
24
1
azertag.az

2Sources