EN

Meyxanaçı Vahid Qədim Rusiya-Ukrayna müharibəsində itkin düşüb – İDDİA – FOTO

Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulduğu iddia edilən azərbaycanlı meyxanaçı Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Tofiq Şahmuradov sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, Rusiyada yaşayan dostu Vahid Qədimin sonuncu dəfə təxminən 20 gün əvvəl əlaqə saxladığını, Luqansk istiqamətinə getdiklərini dediyini bildirib. Həmin vaxtdan sonra onunla əlaqənin kəsildiyi qeyd olunur.

Xatırladaq ki, bir müddət əvvəl KİV-də meyxanaçı Vahid Qədimin Rusiyada sevgilisini bıçaqladığı barədə də məlumat yayılmışdı.

Qeyd edək ki, səsləndirilən iddiaların nə dərəcədə doğru olub-olmadığı araşdırılır.

Bizim.Media 

Chosen
21
2
bizim.media

3Sources