EN

Bu şəxslər məhkəmədə yaxın qohumunu nümayəndə qismində təyin edə biləcəklər

Bakı. Trend:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fizikişəxslərin məhkəmədə yaxın qohumunu nümayəndə qismində təyin edəbilməsi təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, məhkəmənin baxdığı inzibatixəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismindəyalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isəonun yaxın qohumu və ya vəkil buraxılır.

Ombudsmanın məruzəsində bəzi hallarda barəsində inzibati xətahaqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətinin vəkilləmüqavilə bağlayacaq səviyyədə olmadığını, həmçinin bəzi cərimənövündə inzibati tənbeh tədbirlərinin məbləğinin vəkillə müdafiəolunmaq üçün səmərəsiz nəticələrə gətirib çıxardığını nəzərəalaraq, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxslərin zərər çəkmiş şəxslərlə bərabər bati xətaimkanlarını təmin etmək məqsədilə barəsində inzibati xəta haqqındaiş üzrə icraat aparılan fiziki şəxslərin məhkəmədə yaxın qohumununümayəndə qismində təyin edə bilməsi ilə bağlı yuxarıdakı maddədəmüvafiq dəyişikliyin edilməsi təklif edilir.

Chosen
6
az.trend.az

1Sources