EN

Azərbaycanda Ombudsmanın "qanunvericilik təşəbbüsü hüququ"nun təsbit edilməsi təklif olunur

BAKI, 27 fevral. TELEQRAF

İnsan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) səlahiyyətlərinin artırılması və parlamentlə əməkdaşlığının qanunvericiliklə möhkəmləndirilməsi irəli sürülüb.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təklifə əsasən, Ombudsmana yeni normativ hüquqi akt layihələrini operativ qaydada qanunvericilik orqanına təqdim etmək üçün "qanunvericilik təşəbbüsü hüququ" verilməlidir. Həmçinin, Müvəkkilin insan hüquqları ilə bağlı qanun layihələrinin Milli Məclisdə müzakirəsi zamanı iştirak etmək və rəy bildirmək hüququnun qanunvericiliklə təsbit edilməsi təklif olunur.

Chosen
28
teleqraf.com

1Sources