EN

Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul etdilər -VİDEO

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekunları üzrə sənədlər imzalayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onların arasında "İttifaq Dövlətinin Standartlaşdırma və Keyfiyyət Komitəsinin yaradılması haqqında", "2025–2026-cı illər üçün İttifaq Dövlətinin ədəbiyyat və incəsənət sahəsində mükafatlarının verilməsi haqqında", "2026-cı il üçün İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclaslarına dair əsas məsələlər haqqında" qərarlar yer alır.

 

A.Lukaşenko bildirib ki, hazırda iki ölkə arasında xidmət ticarəti - nəqliyyat, tikinti və informasiya sahələri üzrə - sürətlə inkişaf edir.

 

Onun sözlərinə görə, qarşılıqlı investisiyalar hər iki ölkənin iqtisadiyyatına qarşılıqlı əlaqəli artım üçün impulslar verir və yeni iş yerləri yaradır. Belarusun cəlb etdiyi vəsaitlərin 60 %-dən çoxu rusiyalı investorların payına düşür.

 

V.Putin iclasda iki ölkənin qonşu regionları arasında birbaşa şəhərətrafı dəmir yolu əlaqəsinin bərpası barədə qərar qəbul edildiyini bildirib.


Chosen
27
6
senzor.az

7Sources