Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu bildirib.
Publika.az xəbər verir ki, Akopyan bununla bağlı videomüraciət edib.
Paşinyan onun bu qərarına reaksiya verib. Baş nazir sosial mediada yazıb:
"Son 30 ildir ki, o, bütün çətin anlarımda yanımda olub, mənim dəstəyim olub. Onun üçün eyni olduğumdan əmin deyiləm. Ola bilsin ki, mən ona daha çox kədər vermişəm və buna görə üzr istəyirəm".