EN

Bu olmasa, heç bir razılaşma olmayacaq! Ukrayna haqda açıqlama

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ukrayna sülh içində yaşamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib.

“Ukrayna xalqı sülh içində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Son nəticəmiz sülh olmalıdır. Bunun üçün ABŞ və Avropadan ciddi təhlükəsizlik protokolları tələb olunacaq”, – deyə o bildirib.

Donald Trampın sözçüsü əmin edib ki, bununla bağlı işlər davam edir.

Xatırladaq ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
globalinfo.az

1Sources