EN

Azərbaycanın basketbol millisi bu gün səfərdə İrlandiya ilə qarşılaşacaq

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

SİA-nın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.

Qarşılaşma "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.

Chosen
16
5
sia.az

6Sources