EN

Bakıda montyor faciəli şəkildə həyatın itirdi

Bakıda montyor bədbəxt hadisə nəticəsində ölüb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə dünən paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş verib.

Valid Şəmsəddin oğlu Səfərov qəsəbədə elektrik dirəyinə naqil bağlayan zaman 15 metr hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən Ş.Səfərov orada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (oxu.az)

Chosen
22
nocomment.az

1Sources