EN

İrəvan Teatrında yeni tamaşa – Klassik əsərə müasir baxış

İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir.


Manset.az xəbər verir ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Rejissor bu səhnə əsərində hakimiyyət və ailə, ağıl və ruh, mənəviyyat və sistemli düşüncənin qarşıdurmasını təqdim edir. Yeni quruluşda tamaşanın baş qəhrəmanı olan Vəzir heç də axmaq, aciz və yalançı deyil, əksinə, hadisələri öncədən anlayan, uzaqgörən, vəziyyəti əlində saxlamağı bacaran siyasət adamıdır. O, xanlığın həqiqi varisini layiq olduğu məqama gətirmək üçün kimsənin ağlına gəlməyən oyun qurur. 

Rolları Natiq Həziyev, Oktay Mehtiyev (Vəzir), Niyaməddin Səfərəliyev (Xan), Rövşən Cəfərov, Bəhruz Hikmətli (Hacı Salah), Elnarə Heydərova, Naibə Nemətova (Ziba), Müdvər Nemətova, Güney Əliyeva, Ramilə Abasova (Şölə), Ruhiyyə Orucova, Sevinc Hüseynova (Pəri), Bəhruz Hikmətli, Rövşən Cəfərov (Fərraş), Ramil Məmmədov (Nazir),  Sevinc  Hüseynova-Bəxtiyar (Xacə Məsud), Samir Əliyev, Zəki Fətəliyev (Teymur ağa, Səlim bəy, Mehtər), Pərvin Dadaşova , Xədicə Məmmədova (Nisə), Anar Həşimov (Əziz ağa, Rza, Səməd bəy) ifa edirlər. 

Dövlət sifarişi ilə hazırlanan tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Ülvi Məmmədlidir. Səhnə əsərinin plastik həlli Anar Mikayılova məxsusdur.

Tamaşanın yaxın günlərdə tamaşaçılara təqdim olunacağı gözlənilir.

Chosen
9
2
manset.az

3Sources