EN

Kəlbəcər sakini: İnsanı doğma torpaq özünə çəkir VİDEO

Bakı, 27 fevral, AZƏRTAC

Biz Kəlbəcərdən 1993-cü ildə çıxanda 13 yaşım var idi, məktəbli idim. 30 ildən çox idi ki, doğma yurdumuzdan ayrı düşmüşdük.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Aqil Cəfərov deyib.

O, doğma torpaqlarda daimi və firavan həyat qurmağı arzulayaraq deyib: “Dövlət rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Şəhidlərin qanı bahasına, qazilərimizin fədakarlığı sayəsində bu gün doğma evimizə dönüşümüz baş tutur. Düzdür, bütün Azərbaycan bizim vətənimizdir. Sadəcə olaraq, insanı doğma torpaq özünə çəkir. İnşallah, bütün əhali həmin ərazilərdə daimi yaşayışını təmin edəcək”.

 

Chosen
12
4
azertag.az

5Sources