Bakı. Trend:
Ukrayna sülh şəraitində yaşaya biləcəyinə inanmayana qədərmünaqişənin nizamlanmasına dair razılaşma imzalanmayacaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Xüsusielçisi Stiv Uitkoff bildirib.
“Ukrayna və onun xalqı diplomatik həll tapılacağı təqdirdə sülhşəraitində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşmaolmayacaq. Son nəticə məhz bu olmalıdır — sülhün reallığı”, - deyəUitkoff bildirib.
Onun sözlərinə görə, bunun üçün ABŞ və Avropa tərəfindən “sərttəhlükəsizlik protokolları” tələb olunacaq. Donald Trampınnümayəndəsi bu istiqamətdə işlərin aparıldığını diqqətəçatdırıb.
Fevralın 17–18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələriarasında danışıqlar keçirilib: ilk gün müzakirələr altı saat davamedib, ikinci gün isə təxminən iki saat çəkib. Rusiya nümayəndəheyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi VladimirMedinski danışıqları “çətin, lakin işgüzar” adlandırıb, Zelenskiisə tərəflərin atəşkəsə nəzarət mexanizmi üzrə “demək olar ki,razılığa gəldiyini” bildirib.