Turizm sahəsiWUF13 tədbirin keçirilməsinə tam hazırdır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Sədrinin müavini Kənan Quluzadə WUF13 tədbirinə hazırlıq işlərinə dair media brifinqində deyib
O bildirib ki, Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin təşkilində artıq böyük təcrübəsi formalaşıb: Belə tədbirlər ölkənin turizminə də birbaşa müsbət təsir göstərir. Turizm Agentliyi olaraq bu tədbir çərçivəsində fəaliyyətimizi 7 istiqamət üzrə qurmuşuq. Qonaqların yerləşdirilməsi üçün 100-dən çox otel prosesə cəlb edilib, 60-dan artıq otel isə beynəlxalq platformalarda satışa çıxarılıb. Hazırda Bakı şəhərində 206 lisenziyalı otel fəaliyyət göstərir”.
O qeyd edib ki, tədbir çərçivəsində 24 şəhərə turlar təşkil olunub. Buna işğaldan azad etmiş ərazilər də daxildir.