AZ

Agentlik: Turizm sahəsi WUF13 ün keçirilməsinə tam hazırdır

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Turizm sahəsi WUF13 tədbirin keçirilməsinə tam hazırdır.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Sədrinin müavini Kənan Quluzadə WUF13 tədbirinə hazırlıq işlərinə dair media brifinqində deyib

O bildirib ki, Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin təşkilində artıq böyük təcrübəsi formalaşıb: “Belə tədbirlər ölkənin turizminə də birbaşa müsbət təsir göstərir. Turizm Agentliyi olaraq bu tədbir çərçivəsində fəaliyyətimizi 7 istiqamət üzrə qurmuşuq. Qonaqların yerləşdirilməsi üçün 100-dən çox hotel prosesə cəlb edilib, 60-dan artıq hotel isə beynəlxalq platformalarda satışa çıxarılıb. Hazırda Bakı şəhərində 206 lisenziyalı hotel fəaliyyət göstərir”.

O qeyd edib ki, tədbir çərçivəsində 24 şəhərə turlar təşkil olunub. Buna işğaldan azad etmiş ərazilər də daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
apa.az

3Mənbələr