EN

Qırğızıstan Prezidenti dövlət qulluqçularının siyasi intriqalarla məşğul olmasını qadağan etdi

BAKI, 27 fevral. TELEQRAF

“Ölkənin ən ucqar kəndlərinin rəhbərlərinə qədər bütün dövlət məmurları 2030-cu ilədək strategiyada müəyyən olunmuş vəzifələrin icrası naminə çalışmalıdırlar”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

O bildirib ki, hər bir məmur vicdanla işləməli, oğurluq və korrupsiya ilə məşğul olmamalıdır.

“Dövlət orqanlarının, hər bir məmurun yeganə vəzifəsi xalqa xidmət etməkdir. Hakimiyyətin heç bir qolu siyasi oyunlar aparmaq, təzyiq göstərmək və ya öz mövqeyini sırımaq üçün yaradılmayıb. Siyasi intriqalara imkan verməyəcəyik, çünki bunlar iğtişaş və əhalinin etimadının itirilməsinə gətirib çıxarır. Keçmişdə belə hallar inkişafa mane olur, institutları dağıdırdı, qərarlar xalq naminə deyil, ayrı-ayrı qrupların maraqları üçün qəbul edilirdi. Buna görə də ölkə onilliklər boyu yerində sayıb”, - dövlət başçısı vurğulayıb.

Sadır Japarov qeyd edib ki, hazırda dövlət qulluqçularının səhv etməyə, siyasi intriqalarla məşğul olmağa haqqı yoxdur və hər kəs yalnız öz vəzifəsi ilə məşğul olmalıdır.

Prezident həmçinin tələb edib ki, dövlət orqanlarının rəhbərləri qohumlarını işə götürməsinlər, əks halda vəzifədən azad ediləcəklər.

Chosen
21
teleqraf.com

1Sources