EN

Çindən İranla bağlı bəyanat: Hazırıq

Çin, ABŞ və İran arasında müharibə ehtimalı ilə bağlı məsələlərin siyasi və diplomatik kanallar vasitəsilə həll edilməli olduğunu vurğulayaraq Tehrana dəstək mesajı verib.

Publika.az xəbər verir ki,bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bəyanat yayıb.

O, İranla bağlı hadisələri yaxından izlədiklərini bildirib. Vurğulayıb ki, Çin ölkələr arasındakı problemlərin siyasi və diplomatik kanallar vasitəsilə həll edilməsinin tərəfdarıdır və beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşıdır.

Mao qeyd edib ki, Çin ilə İran arasında ənənəvi dostluq mövcuddur və Çin İran hökumətinin və xalqının ölkənin sabitliyini, qanuni hüquqlarını və maraqlarını qorumasını dəstəkləyir:

Chosen
4
7
publika.az

8Sources