EN

 İranda zəlzələ oldu

Bu gün səhər saatlarında Kermanşah əyalətinin Qəsr-Şirin bölgəsində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.

Sitat.info bu barədə IRNA agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, 07:31-də meydana gələn zəlzələnin ocağı 11 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.

Tehran,

Sitat.info

 

Chosen
10
3
sitat.info

5Sources