AZ

İranda zəlzələ olub

Bu gün səhər saatlarında İranın Kirmanşah əyalətinin Qəsr-Şirin bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

 

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

 

Məlumata görə, yerli vaxtla saat 07:31-də meydana gələn zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

 

Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.

Seçilən
0
3
senzor.az

5Mənbələr