EN

WUF13 Mərkəzi Rezervasiya Platforması açılıb

Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Mərkəzi Rezervasiya Platforması istifadəyə verilib. Yeni sistem forum iştirakçılarının yerləşdirmə prosesini daha çevik və rahat şəkildə təşkil etmək məqsədi daşıyır.

Hafta.az xəbər verir ki, rezervasiya sistemi iştirakçılara müxtəlif kateqoriyalı hotellər, qiymət seçimləri və yerləşmə imkanları üzrə vahid platforma üzərindən seçim etmək imkanı yaradır.

Sistem istifadəçi dostu interfeysə malikdir və təhlükəsiz ödəniş mexanizmləri ilə təchiz olunub.

Hazırda platformaya 68 hotel qoşulub. Bu hotellər müxtəlif ulduz kateqoriyalarını və qiymət seqmentlərini əhatə edir ki, bu da iştirakçılara büdcə və üstünlüklərinə uyğun seçim etmək imkanı verir.

Chosen
17
2
hafta.az

3Sources