EN

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı irimiqyaslı əməliyyat keçirildi

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Polis İdarəsininKibercinayətkarlıqla Mübarizə Şöbəsi və İstanbul Baş Prokurluğununkordinasiyası ilə aparılan araşdırma çərçivəsində qanunsuz mərcoyunları ilə bağlı əməliyyat keçirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Maliyyə hərəkətlərinin araşdırılması zamanı daha əvvəl qanunsuzmərc oyunları təşkil etdiklərinə və bu yolla haqsız qazanc əldəetdiklərinə görə barəsində tədbir görülmüş şəxslərin və şirkətlərinhesablarına pul köçürmələrinin həyata keçirildiyi müəyyənolunub.

Aparılan maliyyə analizləri və əməliyyat tədbirləri nəticəsindəşübhəlilərə məxsus 18 şirkət, 11 avtomobil, 3 torpaq sahəsi və 5yaşayış obyektindən ibarət, bazar dəyəri təxminən 671 milyon 255min lirə olan daşınar və daşınmaz əmlaka həbs qoyulub.

Əməliyyatın gedişində 10 nəfər şübhəli şəxs qismindəsaxlanılıb.

Məqalədə:
Chosen
15
az.trend.az

1Sources