EN

“Sosial media inkişaf və milli birlik üçün vasitə olmalıdır” Deputat

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Sosial media özünü göstərmək, başqasından fərqlənmək, süni gündəm yaratmaq və ya diqqət çəkmək üçün deyil”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Bayramov deyib.

O bildirib ki, sosial media milli birliyi gücləndirmək üçün vasitədir:

"Bu məkan maarifləndirmək, dəyərləri qorumaq, milli birliyi gücləndirmək və sağlam müzakirə mühiti yaratmaq üçündür. Təəssüf ki, bəzən sosial şəbəkələrdə məsuliyyətsiz paylaşımlar, yoxlanılmamış məlumatlar, aqressiv və təhqiramiz ifadələr geniş yayılır. Bu hallar cəmiyyətin informasiya təhlükəsizliyinə və mənəvi mühitinə mənfi təsir göstərir”.

Deputat qeyd edib ki, gənclər sosial mediada gördüklərindən təsirlənirlər: 

"Yazdığımız hər cümlə, paylaşdığımız hər məlumat minlərlə insana çatır və düşüncələrə təsir edir. Xüsusilə gənclər sosial mediada gördüklərindən təsirlənir, oradakı davranış modellərini örnək götürürlər. Buna görə hər birimiz rəqəmsal məkanda məsuliyyətli və nümunəvi davranmalıyıq”. 

"Sosial medianı vaxt itkisinə deyil, inkişaf vasitəsinə çevirməliyik. Gənclər bilik paylaşmalı, bacarıqlarını nümayiş etdirməli, faydalı təşəbbüsləri dəstəkləməlidir. İnformasiya yayarkən mənbəni araşdırmaq, emosiyaya qapılmadan düşünərək mövqe bildirmək lazımdır. Mədəniyyətli ünsiyyət və sağlam tənqid cəmiyyətin inkişafına xidmət edir”. 

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
azxeber.com

1Sources