EN

Kit Endryus 2032-ci ilədək “Brentford”da! – ARENA.AZ

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Brentford” baş məşqçisi Kit Endryus ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İrlandiyalı mütəxəssis müddəti 2032-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıb.

Xatırladaq ki, Kit Endryus 2025-ci ilin iyul ayında “Brentford”un baş məşqçisi təyin olunub. Onun Premyer Liqa klubu ilə əvvəlki müqaviləsi 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuşdu.

Baş məşqçi postuna təyinat alana qədər Kit Endryus 2024-cü ilin yayından “Brentford”da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirirdi. O, daha əvvəl “Şeffild Yunayted”, “Milton-Kins Dons” klublarında və İrlandiya millisində də məşqçi kimi çalışıb. Bu, onun baş məşqçi kimi ilk fəaliyyətidir.

“Brentford” Endryusun rəhbərliyi altında keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 4 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
7
10
arena.az

10Sources