EN

Bu cıqqılı padişahın ucbatından az qalırdı adam orada ölsün Səyyad Aran

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Deputat Səyyad Aran: “Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padişahlar” ifadəsi meydana gəlib.

Mənə zəng gəldi, çalışdım ki, kömək edim. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu cıqqılı padişahın ucbatından az qalırdı adam orada ölsün. Bu nə özbaşınalıqdır, nə yiyəsizlikdir?!

Görünür, Teymur Musayev (red: səhiyyə naziri) çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər. Əslində isə göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir ki, gedib-gəldim”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
14
icma.az

10Sources