EN

Vitkof: Kiyev sülhə inanmır

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu sözləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Yalta Avropa Strategiyası konfransında çıxışı əsnasında söyləyib. O diqqətə çatdırıb ki, belə bir məsələdə sülhün mümkünlüyünə inanmaq əsas mətləbdir: "Aydındır ki, Ukrayna bu istiqamətdə ABŞ və Avropadan ciddi təhlükəsizlik protokolları istəyir. Bu məqsəd üzrə də müəyyən işlər aparılmaqdadır".

Peskov: "Artıq nüvə ritorikasına keçəcəyik"

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında müharibənin həlli istiqamətində danışıqların ilk iki mərhələsi yanvar və fevral aylarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutub. Danışıqlara Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də canım qoşulublar. İkinci görüşün nəticəsində Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi həyata keçirilib. Növbəti görüş isə İsveçrənin Cenevrə şəhərində keçirilib. Görüşə Rusiyadan Prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyində, ABŞ-dən isə bu ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, habelə Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərliyində heyətlər qoşulublar. "Bloomberg" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, danışıqların davamı 4-5 mart tarixlərində keçirilə bilər. Rəsmi Moskva bu xəbəri təsdiqləməyib. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
azvision.az

2Sources