EN

Azərbaycan Türkiyə strateji müttəfiqliyi siyasi və iqtisadi baxımdan daha da dərinləşəcək ŞƏRH

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Əlaqələri strateji müttəfiqlik səviyyəsində olan iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasını qarşılıqlı etimad, ortaq tarix və ortaq geosiyasi maraqlar təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin idarə heyətinin üzvü, türkiyəli siyasi ekspert Mehmet Seven bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə imzalanmış “Şuşa Bəyannaməsi” Azərbaycan–Türkiyə əlaqələrini rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltdi.

“Bu sənəd təkcə siyasi bəyanat deyil, həm də təhlükəsizlik, müdafiə, iqtisadiyyat və regional əməkdaşlıq sahələrində konkret fəaliyyət mexanizmlərini müəyyənləşdirən yol xəritəsidir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi əməkdaşlığa da birbaşa müsbət təsir göstərir. Türkiyə hazırda Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir və qarşılıqlı investisiya portfeli milyardlarla dollarla ölçülür. Enerji, tikinti, sənaye, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində həyata keçirilən birgə layihələr iki ölkənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirir”, – deyə o əlavə edib.

M.Seven enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edib. Bildirib ki, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi qlobal əhəmiyyətli layihələr Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın real nəticəsidir: “Bu layihələr təkcə iki ölkəyə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və regionun geoiqtisadi əhəmiyyətini artırır. Nəqliyyat və logistika sahəsində Orta Dəhliz çərçivəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən tranzit marşrutlar Türkiyənin Avropa ilə Asiya arasında körpü rolunu daha da gücləndirir. Bu isə regionda yeni iqtisadi imkanlar yaradır və Cənubi Qafqazın beynəlxalq ticarət sistemində mövqeyini möhkəmləndirir”.

Mehmet Seven qeyd edib ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələrin strateji xarakterini nümayiş etdirir.

“Birgə hərbi təlimlər, texnologiya mübadiləsi və müdafiə sənayesi sahəsində ortaq layihələr iki ölkənin təhlükəsizlik arxitekturasını daha da gücləndirir. Azərbaycan–Türkiyə münasibətləri artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional sabitliyin və Türk dünyasında inteqrasiyanın əsas dayaqlarından birinə çevrilib. Bu strateji tərəfdaşlıq qarşıdakı illərdə həm siyasi, həm də iqtisadi baxımdan daha da dərinləşəcək”, – deyə türkiyəli ekspert fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
1
azertag.az

2Sources