EN

Florensiyada şou göstərən 19 yaşlı polşalı tarixi ilkə imza atdı

Polşanın "Yagelloniya" klubunun 19 yaşlı futbolçusu Bartoş Mazurek tarixi ilkə imza atıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi buna İtaliyada "Fiorentina"nı yendikləri matçda - UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında 3 qol vurmaqla nail olub.

Mazurek 2007-ci il doğumlu futbolçular arasında UEFA turnirlərində het-trik edən ilk oyunçudur.

Oyunun əsas vaxtı "Yagelloniya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə "Fiorentina" bu hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Overtaymda 2:1 üstün olan Florensiya komandası 1/8 finala adlayıb.

ToÄŸrul

Chosen
22
1
fanat.az

2Sources