EN

Pakistan-Əfqanıstan sərhədində toqquşmalar səngidi

Pakistan və Əfqanıstan arasında iki ölkə arasında sərhəd hesab edilən Durand xətti boyunca qarşılıqlı hücumlar azalıb.

Turkustan.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin Əfqanıstan qüvvələrinin Durand xətti boyunca Pakistan mövqelərinə qarşı qisas əməliyyatlarının yerli vaxtla saat 00:00-da başa çatdığını elan etməsindən sonra Əfqanıstan və Pakistan arasındakı münaqişə səngimiş kimi görünür.

Toqquşmalarda hər iki tərəfdən itkilər bildirilsə də, Pakistanın keçirdiyi əməliyyatlarda Əfqanıstan tərəfində 133 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı iddia edilib.

Əfqanıstan cavab əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü, 23 əsgərin cəsədinin və çoxsaylı silah-sursatın müsadirə olunduğunu iddia etmişdi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
3
turkustan.az

1Sources