EN

Milli Məclisin adı dəyişdirilsin, “Millət Məclisi” olsun - Təklif

Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adInın dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün keçirilən plenar iclasda o bildirib: 

“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində, “mədəni sənaye” yox, “mədəniyyət sənayesi, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - deyə vitse-spiker bildirib.


Telegram kanalımız
Chosen
6
8
yenisabah.az

10Sources