AZ

Milli Məclisin adının dəyişdirilməsi təklif olunub

Ajans.az xəbər verir ki, Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib.

Seçilən
1
8
Ajans.az

10Mənbələr