EN

Qlobal trendlər milli informasiya mühitinə necə təsir göstərir? Qulu Məhərrəmli AÇIQLADI

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qlobal trendlər sürətlə yayılır və insanların diqqəti tez-tez dünya hadisələrinə yönələ bilir. Bu, milli informasiyanın zamanla kölgədə qalmasına da səbəb ola bilər. Xarici xəbərlər, sosial media trendləri və beynəlxalq axınlar yerli xəbərlərin səsini zəiflədə və ictimai diqqəti qlobal ritmə uyğun formalaşdırma ehtimalı müzakirə məsələsinə çevrilib.Bununla bağlı media eksperti Qulu Məhərrəmli Avtosfer.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə heç vaxt demək olmaz ki, qlobal trendlər yerli informasiya mühitini sıxışdırır və ya gündəmi dəyişə bilir:

“Qlobal trendlərlə yerli informasiya mühiti arasında həmişə bəlli bir əlaqə var. Qlobal trendlər bütün hallarda keçicidir və informasiya bazarında daimi deyil. Yəni, bu və ya başqa formada qlobal trendlərin qığılcımları yerli informasiya mühitinə düşür amma bütün hallarda onu dəyişə bilmir. O baxımdan hesab edirəm ki, bizim yerli informasiya mühiti gündəmi müəyyənləşdirmək üçün daha çox yerli həyata dair, mövcud məkanda olan problemlərə diqqət yetirsə, qlobal trendlər heç bir halda onu dəyişdirə bilməz”.

Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
avtosfer.az

1Sources