Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada start götürəcək tədbir Bakı vaxtilə saat 20:00-da başlanacaq.
Yığmamız püşk öncəsi 1-ci səbətdə yer alıb.
Qitə birinciliyinin final mərhələsi 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək.
Avropa çempionatı
1-ci səbət: Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya
Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib - FOTO
Azərbaycanlı hakimə Avropa çempionatına təyinat alıb
Millimiz Danimarka ilə qarşılaşacaq
Millimiz Danimarkaya məğlub olub
ÇL: “Araz-Naxçıvan” Portuqaliya klubuna məğlub olub